Məlum olduğu kimi, Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. Qazax-Tovuz regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev SİA-nın bölgə müxbirinə bildirib ki, "İdman paytaxtı"na hazırlıq işləri həyata keçirilir. Bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"-nın loqosu hazırlanıb.
“Həmin loqo şəhərin mərkəzi hissələrinə vurulur. Qazaxda bu istiqamətdə hazırlıq işləri sürətlə davam etdirilir" - deyə, Ə.Məsmalıyev əlavə edib.
İdarə rəisi onu da bildirib ki, İdman paytaxtının açılış mərasimi 2026-cı ilin yanvar ayında Qazax şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında təntənəli şəkildə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB