Fərid Qayıbov Dünya Antidopinq Konfransında iştirak edib - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov Koreyanın Busan şəhərində Dünya Antidopinq Konfransında (“World Anti-Doping Conference 2025”) iştirak edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir antidopinq siyasətinin qlobal problemlərinə toxunub, həmçinin Azərbaycanın antidopinq sahəsində həyata keçirdiyi tədbirlər, beynəlxalq əməkdaşlıq fəaliyyəti və gələcək prioritetlər barədə məlumat verib.

F. Qayıbov ölkəmizin ev sahibliyi etdiyi kütləvi idman tədbirləri, sağlam həyat tərzinin təşviqi (“sport lifestyle”) və digər uğurlu layihələr haqqında da danışıb.

Səfər çərçivəsində Fərid Qayıbov Koreyanın mədəniyyət, idman və turizm naziri Ce Hvi-Yanq, Dünya Antidopinq Agentliyinin (WADA) prezidenti Vitold Banka və Busan Böyükşəhər Bələdiyyəsinin meri Park Heonq-cun ilə müxtəlif görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə