Futbol üzrə Niderland çempionatının XIV turunda ötən gün təxirə salınmış "Ayaks" - "Qroningen" matçı keçirilib.
SİA xəbər verir ki, qarşılaşma Amsterdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 23-ə çatdıran "Ayaks" 5-ci pilləyə yüksəlib.
Noyabrın 30-da keçirilməli olan görüş ev sahibi komandanın azarkeşlərinin meydana fişəng və digər alışqan maddələr atması səbəbindən dayandırılmışdı.
Qeyd edək ki, "Ayaks" "Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsindəki növbəti rəqibidir. Ağdam klubu bu komandanı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB