...İkiqat Avropa çempionu olan fransız cüdoçu Lea Fontaine Əbu-Dabidə keçirilən nüfuzlu "Böyük Dəbilqə" turnirindən kənarlaşdırılıb.
Buna səbəb idmançının inanılmaz davranışı olub və nəticədə gözlənilmədən rəqibi italiyalı Erika Simonettini dişləyib.
SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Final döyüşü ənənəvi şəkildə başlayıb.
Yıxılma zamanı fransız cüdoçusu üzüaşağı yerə yıxılıb, ardınca qəfil irəli atılıb və nəticədə rəqibinin qolunda ağrılı dişləmə baş verib.
Simonetti dərhal ayağa qalxıb hakimlərə müraciət edərək qolunda qanayan yara göstərib.
Qısa tibbi müayinədən sonra Fonteynin dərhal diskvalifikasiya edilməsi qərarı verilib. Fransız idmançının ümidverici qələbəsi beynəlxalq biabırçılığa çevrilib.
İtaliyalı cüdoçunun bəxti gətirib: zədəsinə baxmayaraq, o, turniri davam etdirə və bürünc medal qazana bilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə


USD
EUR
GBP
RUB