Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatının qalibləri müəyyənləşib

Cüdo üzrə böyüklər arasında keçirilən Bakı şəhər çempionatı başa çatıb. SİA xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə 8 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Ümumilikdə 153 cüdoçunun qatıldığı turnirin keçirilməsində məqsəd kvotalar əsasında ölkə çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.

Son günün medalçılarını təqdim edirik:

Kişilər

-81 kiloqram

1. Asim Qulamzadə

2. Səid Rzayev

3. Emil Hüseynzadə

3. Süleyman Əliyev

-90 kiloqram

1. Murad Allahverdiyev

2. İbrahim Ağakişiyev

3. Naim Hüseynov

3. Nurlan Nəcəfov

-100 kiloqram

1. Natiq Bəşirov

2. Canpolad Əliyev

3. Fərid İsmayılov

3. Abdulkərim Səfərov

+100 kiloqram

1. Hüseyn Dadaşov

2. Qurban Məmmədli

3. Cavidan Məsimov

Qadınlar

-48 kq

1. Zeynəb Seyidzadə

-52 kiloqram

1. Çinarə Sadıqova

2. Könül Eyvazlı

3. Leyla Əliyeva

-57 kiloqram

1. Səmayə Yusifli

-63 kiloqram

1. Elmira Mustafayeva

2. Emilya Mirzəyeva

3. Ayan Əliyeva

Yekunda medalların əyarına görə ümumi komanda hesabında Neftçi İK (2-3-2) I, DİN İC (2-0-1) II, Ordu İdman Klubu isə (1-1-0) III yeri tutub. Qalib komandalara müvafiq kuboklar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə