Türkiyədə mərc qalmaqalı ilə bağlı 102 futbolçu diskvalifikasiya edilib

Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Komitəsinin (PFDK) mərc qalmaqalı ilə bağlı qərarları açıqlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Superliqa və 1-ci Liqadan ümumilikdə 102 futbolçu mərc oyunlarında iştirak etdiyinə görə diskvalifikasiya edilib.

Cəzalandırılanlar arasında “Galatasaray” və “Trabzonspor”un futbolçuları da yer alıb. İstanbul klubundan Metehan Baltacı 9 ay, Eren Elmalı isə 45 gün futboldan uzaqlaşdırılıb. “Trabzonspor”dan isə Boran Başqan 3 ay, Salih Malkoçoğlu 45 günlük cəza alıb.

Həmçinin Azərbaycan millisinin sabiq futbolçusu, “Neftçi” və “Səbail”in formasını geyinmiş Mert Çelik də 45 günlük diskvalifikasiya edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə