"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq. SİA xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi "Elan Şalon"la üz-üzə gələcək.
B qrupunun matçı Milli Gimnastika Arenasında saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Bakı klubu daha əvvəl bu rəqibinə 71:84 hesabı ilə uduzub. "Sabah" həmçinin Çexiyanın "Nimburk" (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına da məğlub olub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB