"Sabah" Fransa klubu ilə üz-üzə gələcək

12 Noyabr 2025 10:22 (UTC+04:00)

"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq. SİA xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi "Elan Şalon"la üz-üzə gələcək.

B qrupunun matçı Milli Gimnastika Arenasında saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Bakı klubu daha əvvəl bu rəqibinə 71:84 hesabı ilə uduzub. "Sabah" həmçinin Çexiyanın "Nimburk" (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına da məğlub olub.