Bu gün Misli Premyer Liqasının "Zəfər turu"nda növbəti oyunlar keçiriləcək

Bu gün Misli Premyer Liqasının "Zəfər turu"nda növbəti oyunlar keçiriləcək

Bu gün Misli Premyer Liqasının XI turunda növbəti oyunlar keçiriləcək. SİA xəbər verir ki, "Zəfər turu" çərçivəsində ilk olaraq meydana "Araz-Naxçıvan" və "Karvan-Yevlax" komandaları çıxacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 15:44-də başlayacaq. Naxçıvan klubu 16 xalla 6-cı, qonaqlar isə 5 xalla 11-ci yerdədir.

Günün ikinci qarşılaşamasında "Zirə" evdə "Turan Tovuz"u qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq oyun saat 18:44-də start götürəcək. "Zirə" 19 xalla 4-cü, Tovuz təmsilçisi isə isə 21 xalla 1-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən gün "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" isə "Qəbələ"ni (2:0) məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə