"Qarabağ" və "Neftçi" Azərbaycan derbilərində ən böyükhesablı qələbələrini noyabrda qazanıblar
"Qarabağ" və "Neftçi" Azərbaycan derbilərində ən böyükhesablı qələbələrini noyabrda qazanıblar. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası statistika açıqlayıb.
2000-ci ildə noyabrın 4-də baş tutan görüşdə "Qarabağ" öz meydanında "Neftçi"yə 0:4 hesabı ilə məğlub olub. 2020-ci noyabrın 8-də "Neftçi"nin ev sahibi olduğu görüşdə isə Ağdam klubu 6:0 hesablı qələbəyə sevinib.
İlin 12 ayının hər birində derbi baş tutub. 11-ci ay olan noyabrda 11 derbi keçirilib. Ancaq derbilərdən heç biri heç vaxt noyabrın 9-na təsadüf etməyib.
"Neftçi" noyabr aylarında baş tutan görüşlərdə daha üstün olub – 6 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət, top fərqi 12-9.
"Qarabağ"ın meydanında noyabrda keçirilən oyunlarda qonaq komandalar daha üstün olub – 3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi 8-3.
"Neftçi" noyabrda evdə keçirdiyi derbilərdə daha üstün olub – 3 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, top fərqi 4-6.
"Qarabağ" evdə və noyabrda yeganə qələbəsini 1997-ci ildə qazanıb – "Qarabağ" – "Neftçi" – 1:0 (22.11.1997).
Rəqiblər ilk dəfə 1997-ci (22.11.1997. "Qarabağ" – "Neftçi" – 1:0), sonuncu dəfə isə 2020-ci ildə (08.11.2020. "Neftçi" – "Qarabağ" – 0:6) noyabrda qarşılaşıb.
Ağdam klubunun qələbələri də məhz bu görüşlərdə qeydə alınıb.
Qeyd edək ki, Misli Premyer Liqasının XI turunun "Qarabağ" - "Neftçi" oyunu noyabrın 9-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB