FIFA 2025-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını təqdim edib. SİA xəbər verir ki, siyahı qurumun rəsmi saytında dərc olunub.
Xatırladaq ki, 2024-cü ildə bu mükafat “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Juniora verilmişdi. Həmin ilin “Qızıl top” sahibi Rodri isə səsvermədə ikinci yeri tutmuşdu.
2025-ci ilin “FIFA ilin futbolçusu” mükafatına namizədlər:
Usman Dembele (Fransa) – PSJ
Əşrəf Hakimi (Mərakeş) – PSJ
Harri Keyn (İngiltərə) – “Bavariya”
Kilian Mbappe (Fransa) – “Real Madrid”
Nunu Mendeş (Portuqaliya) – PSJ
Koul Palmer (İngiltərə) – “Çelsi”
Pedri (İspaniya) – “Barselona”
Rafinya (Braziliya) – “Barselona”
Məhəmməd Salah (Misir) – “Liverpul”
Vitinya (Portuqaliya) – PSJ
Lamin Yamal (İspaniya) – “Barselona”
Qeyd edək ki, PSJ-nin fransalı hücumçusu Usman Dembele sentyabr ayında “Qızıl top” mükafatını qazanmışdı və indi “FIFA ilin futbolçusu” adına da əsas namizədlərdən biri hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB