Londonun ürəyində Azərbaycan səsləndi!

Londonun soyuq axşamında "Qarabağ" ın adı səsləndi. Bəli, Bakıda Tofiq Bəhramov adına respublika stadionda bir möcüzənin Azərbaycan və İngiltərə şahidi oldu. O möcüzənin adı “Qarabağ” idi! Dünya çempionu “Çelsi” qarşısında diz çökməyən, qorxmayan, inanan, vuruşan bir komanda… və bir xalqın qüruru!

Oyun başlamazdan öncə çoxları “Qarabağ”ın müdafiəyə çəkiləcəyini düşünürdü. Amma Qurban Qurbanovun yetirmələri elə ilk dəqiqələrdən göstərdilər ki, bu meydanda təkcə futbol yox, ruh oynanılır

“Çelsi” dünya ulduzlarını döyüşə atdı, bəli… Amma “Qarabağ”ın hər futbolçusu bu gün bir əfsanə idi. Qurbanovun komandasının hər nəfəsi bir qəhrəman kimi mübarizə apardı.

İkinci hissədə “Çelsi” bərabərlik qazansa da, “Qarabağ” geri çəkilmədi. London susdu. Azərbaycan sevindi. Dünya təəccübləndi.

Son dəqiqələrdə “Çelsi” bərabərlik tapsa da, artıq fərq etmirdi. Çünki bu oyun nəticədən daha böyük idi. Bu, bir millətin futbol qüruru idi.

Qurban Qurbanov oyundan sonra dedi: “Biz bu gün xal yox, tarix qazandıq. Bu xal Azərbaycanın, Qarabağın və bütün türk dünyasının qələbəsidir".

Hə, bu gün “Qarabağ” yalnız 2:2 etmədi, bu gün “Qarabağ” sübut etdi ki, "Zəfər Günü" nə və 5 İllik Yubileyə hədiyyəsi var. Deməli, Qarabağ müharibəsində olduğu kimi inam, ruh və vətən sevgisi ilə hər bir möcüzə mümkündür.

Yusif Quliyev

Bütün xəbərlər Facebook səhifəmizdə