Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə etimad göstərib. Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasından bildirilib.
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov noyabrın 6-da Yunanıstanın paytaxtı Afinada keçiriləcək kişilər arasında Çempionlar Liqasının II təsnifat mərhələsinin matçını idarə edəcək.
O, "Melina Merkuri" arenada gerçəkləşəcək "Olimpiakos" (Yunanıstan) - "Quaquas" (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
Matçın ikinci hakimi funksiyasını polşalı Aqneşka Miçlik yerinə yetirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB