“Çelsi” Bakıya 23 futbolçu ilə gəlib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ”ın qonağı olacaq İngiltərənin “Çelsi” klubu Bakıya 23 futbolçu ilə gəlib. SİA xəbər verir ki, heyətdə yer alan oyunçulardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü isə hücumçudur.

Qapıçılar: Filip Yorgensen, Maks Merrik, Robert Sançes

Müdafiəçilər: Coş Açimponq, Tosin Adarabioyo, Trevo Çaloba, Mark Kukurelya, Vesle Fofana, Malo Qusto, Yorrel Hato, Ris Ceyms

Yarımmüdafiəçilər: Fakundo Buonanotte, Enzo Fernandes, Romeo Laviya, Moyses Kaysedo, Andrey Santos, Alexandro Qarnaço, Tayrik Corc, Ceymi Qittens, Estevao

Hücumçular: Liam Delap, Mark Giu, Joao Pedro

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu saat 21:45-də başlayacaq. İlk 3 turdan sonra hər iki komandanın aktivində 6 xal var. Turnir cədvəlində “Qarabağ” 15-ci, “Çelsi” isə 13-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə