Avropa Kuboku: “Neftçi” və “Abşeron Lions” bu gün növbəti matçlarına çıxacaq

“Neftçi” və “Abşeron Lions” basketbol komandaları FIBA Avropa Kubokunda bu gün növbəti görüşlərini keçirəcək. SİA xəbər verir ki, I qrupunda çıxış edən “ağ-qaralar” Polşanın "Trefl” komandasını qəbul edəcək. Saat 19:00-da start götürəcək qarşılaşma Bakı İdman Sarayında təşkil olunacaq.

Qrupun digər matçında "Abşeron Lions" Estoniyada "Kalev"lə üz-üzə gələcək. Görüş 21:30-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" 5 xalla 2-ci, "Abşeron Lions" isə 3 xalla 4-cü yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə