Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura yekun vurulacaq. SİA xəbər verir ki, ikinci oyun günündə daha doqquz qarşılaşma keçiriləcək.
Azərbaycan çempionu “Qarabağ” Bakıda İngiltərə nəhəngi “Çelsi” ilə qarşılaşacaq.
Türkiyə təmsilçisi “Qalatasaray” Niderlandda “Ayaks”ın, Qazaxıstanın “Kayrat” klubu İtaliyada “İnter”in qonağı olacaq.
Gecənin ən maraqla gözlənilən oyunlarından biri İngiltərədə keçiriləcək. “Mançester Siti” doğma azarkeşləri önündə Almaniyanın “Borussiya” (Dortmund) klubunu sınağa çəkəcək.
UEFA Çempionlar Liqası
IV tur
5 noyabr
21:45. "Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə)
21:45. "Pafos" (Kipr) - "Vilyarreal" (İspaniya)
00:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
00:00. "İnter" (İtaliya) - "Kayrat" (Qazaxıstan)
00:00. "Benfika" (Portuqaliya) - "Bayer" (Almaniya)
00:00. "Brügge" (Belçika) - "Barselona" (İspaniya)
00:00. "Ayaks" (Niderland) - "Qalatasaray" (Türkiyə)
00:00. "Marsel" (Fransa) -"Atalanta" (İtaliya)
00:00. "Nyukasl" (İngiltərə) - "Atletik" (İspaniya)
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB