Cüdo üzrə böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib

Cüdo üzrə böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib. SİA Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə Abşeron, Xızı və Sumqayıtı təmsil edən idmançılar qüvvəsini sınayıb.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan yarışda 6 çəki dərəcəsində medalçıların adına aydınlıq gəlib.

Turnirin məqsədi kvotalar əsasında ölkə çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.

Kişilər

60 kq

1. Xalid Məmmədov (Abşeron Xırdalan)

2. Fərid Niftəliyev (ACF)

3. İlkin Nuriyev (Abşeron Xırdalan), Taleh Nəsirov (Qara Bəbir Sumqayıt)

66 kq

1. Nəcəf Nəsrullayev (Abşeron Xırdalan)

2. İlyas Ələkbərli (Neftçi İK)

3. Elnar Həsənov (ACF)

73 kq

1. Anar Bayramlı (Neftçi İK)

2. Hüseyn Mərdiyev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

3. Həmzə Əkbərov (Neftçi İK)

81 kq

1. Zaməddin Poladov (ACF)

2. Rza Sətullayev (Neftçi İK)

90 kq

1. Zeynalabdin Xudaverdizadə (Sumqayıt OİK)

100 kq

1. Atababa Niftəliyev (Qara Bəbir Sumqayıt)

Bütün xəbərlər Facebook səhifəmizdə