"Barselona" ulduz futbolçunu transfer etmək istəyir

İspaniyanın "Barselona" komandası İngiltərənin "Mançester Siti" klubunun futbolçusun Erlinq Holannı transfer etmək istəyir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi norveçli ulduz hücumçunun keçidini 2026-cı ilin yayında tamamlamağa çalışacaq.

“Barselona” “şəhərlilər”ə təzminatla yanaşı, Dani Olmonu da təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Erlinq Holannın “Mançester Siti” ilə 2034-cü ilin yayına qədər müqaviləsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə