Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və “APAR ride” velosiped şirkətinin təşkilatçılığı ilə keçirilən “Qələbə havası” veloyürüşü uğurla yekunlaşıb. Fondun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, “Dəniz Mall”dan start götürərək, Dənizkənarı Milli Park boyunca Dövlət Bayrağı Meydanınadək davam edən veloyürüşdə müxtəlif ali və orta ixtisas təhsil müəssisələrini təmsil edən 150-dən çox gənc iştirak edib.
Marşrutun sonunda, Dövlət Bayrağı Meydanı yaxınlığında gənclər üçün “Zəfər abu-havası” adlı kiçikmiqyaslı musiqili konsert proqramı təşkil olunub. Konsertdə vətənpərvərlik mövzusunda ifalar səsləndirilib.
Qeyd edək ki, tədbirin əsas məqsədi gənclər arasında vətənpərvərlik ruhunu möhkəmləndirmək, sağlam həyat tərzini təşviq etmək, eləcə də, Zəfər Gününün əhəmiyyətini gənc nəsil arasında təbliğ etmək olub. Bununla yanaşı, layihə gənclərin sosial fəallığının artırılması, ictimai həmrəyliyin gücləndirilməsi və dövlətə, orduya olan sevgilərinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
                        
                        
                        
                        
                        
                        
                        
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)

.jpg)
        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB