Azərbaycanda Avropa Deflimpiya Komitəsinin Baş Assambleyasının keçirilməsi planlaşdırılır
2027-ci ildə Avropa Deflimpiya Komitəsinin Baş Assambleyasının Azərbaycanda keçirilməsi planlaşdırılır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov mətbuat konfransında deyib.
O, komitənin ölkə daxilində də müxtəlif sosial layihələr həyata keçirdiyini bildirib: “Məqsəd eşitmə məhdudiyyətli uşaqlar, yeniyetmələr və gənclər arasında idmana marağı artırmaq, onların fiziki və psixoloji inkişafını dəstəkləməkdir. Bunun üçün ixtisaslaşmış məktəblərlə və ictimai birliklərlə sıx əməkdaşlıq qurulub, müxtəlif bölgələrdə yeni idman proqramları hazırlanır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)

.jpg)
        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB