Bakı şəhərində bədii gimnastika üzrə 4-cü beynəlxalq “Ocaq Cup” turniri keçirilib. Milli Gimnastika Arenasında reallaşan yarışda 13 ölkədən 339 gimnast iştirak iştirak edib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Muxtar Respublikasından turnirdə məşqçi Humay Qafarovanın rəhbərliyi ilə dörd gimnast təmsil olunub.
Gimnastlar müxtəlif alətlər üzrə fərdi proqramda uğurlu nəticələrə nail olublar. İlay Sangur iplə hərəkətlərdə qızıl medal, Təranə Əlizadə lentlə hərəkətlərdə gümüş medal, Mədinə Novruzlu isə topla hərəkətlərdə bürünc medal əldə edib. Nilufər Kərimlinin çıxış isə 4-cü yerlə qiymətləndirilib və iştirakçı sertifikatına layiq görülüb. Beləliklə, Naxçıvan komandası turniri 1 qızıl, 1 gümüş və 1 bürünc medal ilə tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB