Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo sağlamlığı imkan verdiyi müddətcə futbol oynamaq istəyir. SİA xəbər verir ki, bu barədə UOL nəşri məlumat yayıb.
Ötən gün futbolçu Səudiyyə Pro Liqasında komandasına qələbə qazandıran iki qola imza atıb. "Şəxsən mənim və bütün komanda üçün inanılmaz bir axşam idi. Komanda qalib gəldi və mən iki qol vurdum. Qol vursam da, vurmasam da, bu mənim həyatımdır və həmişə belə olub. 23-24 illik futbol mənim həyatımdır. Buna görə də sağlamlığım imkan verdiyi müddətcə oynamağa davam etmək istəyirəm", - deyə portuqaliyalı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB