"Çelsi"nin baş məşqçisi: "Qarabağ"ın oyunlarını izləyəcəyik"

İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Entso Mareska UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəkləri "Qarabağ"ın oyunlarını izləyəcək. SİA-nın məlumatına görə, yerli mətbuata açıqlama verən mütəxəssis sıx qrafiklə oynadıqlarını xatırladıb.

O, növbəti matçlara köklənməli olduqlarını söyləyib:

"Qələbə qazandığımız vaxtda belə irəli baxmaq lazımdır. Liqa Kubokunda "Vulverhempton"la (4:3) qarşılaşmadan sonra təyyarədə və avtobusda "Tottenhem"in oyunlarını izləməyə başladıq. Sonra isə "Qarabağ"ı izləyəcəyik. Dayanmaq olmaz. Növbəti matça köklənməli və hər dəfə yeni bir şey öyrənməlisən".

Qeyd edək ki, "Çelsi" ötən gün İngiltərə Premyer Liqasının X turunda "Tottenhem"i məğlub edib - 1:0. London təmsilçisi noyabrın 5-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Qarabağ"ın qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə