İngiltərə Premyer Liqasında X turun mərkəzi görüşü keçirilib. SİA xəbər verir ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi “Çelsi” səfərdə “Tottenhem”lə qarşılaşıb.
Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Joao Pedro vurub.
Hazırda hər iki komandanın 17 xalı var. “Tottenhem” 3-cü, “Çelsi” isə 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB