Gəncədə sərbəst güləş üzrə turnir keçirilib

Gəncə şəhər Olimpiya İdman Kompleksində Azərbaycan Güləş Federasiyası, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Oksi qrupunun təşkilatçılığı ilə sərbəst güləş üzrə “Oksi kəmər” turniri keçirilib.

SİA-nın məlumatına görə, tədbirin təşkilatçısı Emil Abbasov bildirib ki, U 15 yaşlılar arasında keçirilən beynəlxalq turnirdə Azərbaycan, Rusiya və Qazaxıstandan olan idmançılar iştirak ediblər.

Turnirin açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü və azadlığı uğrundan canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər bildirib ki, tədbirin əsas məqsədi gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliğidir.

Sonda final yarışlarından sonra qalib idmançılar mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə