Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı start götürüb.
SIA xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisi aktivinə bir qızıl medal yazdırıb.
66 kiloqram çəki dərəcəsində çıxış edən İslam Rəhimov finalda Niderland idmançısı Yoxem van Harten üzərində əzmkar qələbə qazanaraq çempion olub.
Turnirə 1/16 finaldan başlayan İslam Rəhimov ardıcıl olaraq slovakiyalı Roman Dekan və xorvatiyalı Dani Klaçarı mübarizədən kənarlaşdırıb. Növbəti görüşdə Ermənistan idmançısı Jirayr Hambaryanı məğlub edən cüdoçu final yolunda son olaraq Nazar Viskova qalib gəlib.
Qeyd edək ki, İslam Rəhimov 4 il əvvəl yeniyetmələr arasında Avropa çempionu tituluna yiyələnmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB