Apellyasiya Arbitraj Tribunalı "İmişli" klubunun şikayətini təmin etməyib

Apellyasiya Arbitraj Tribunalı "İmişli" klubuna verilmiş texniki məğlubiyyətlə bağlı qərarını açıqlayıb.

SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.

Misli Premyer Liqasında IV turun “Sumqayıt”la görüşünün 67-ci dəqiqəsində Aran komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə “İmişli”yə 0:3 hesablı texniki məğlubiyyət verilməsi və 5000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.

Bildirilib ki, Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə