“Barselona” “Kamp Nou” stadionuna qayıdır

İspaniyanın “Barselona” klubu uzun fasilədən sonra yenidən “Kamp Nou” stadionuna qayıdır. SİA Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 7-də komandanın azarkeşlər üçün açıq məşqi keçiriləcək.

Xatırladaq ki, stadionda yenidənqurma işlərinə 2022-ci ilin iyununda başlanılıb. Bu müddət ərzində “Barselona” ev matçlarını “Olimpik Lyuis Kompanis” arenasında keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə