Qəbələ şəhərində kütləvi futbol festivalı təşkil olunub

AFFA ilə Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planına əsasən 2025-ci ilin idman paytaxtı seçilən Qəbələ şəhərində kütləvi futbol festivalı təşkil olunub. SİA xəbər verir ki, Qəbələ şəhər stadionunun ehtiyat meydanında keçirilən tədbirdə 100-ə yaxın uşaq iştirak edib.

Festival zamanı uşaqlar müxtəlif futbol oyunlarında iştirak edib, asudə vaxtlarını səmərəli və əyləncəli keçiriblər.

İştirak edən hər bir uşağa tədbirin sonunda AFFA tərəfindən toplar hədiyyə olunub. Hədiyyələri Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisi Orxan Mikayıllı və Qəbələ şəhəri üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Cavid Məmmədnəbiyev təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə