Spaletti rəsmən “Yuventus”da - FOTOLAR

Yuventus” klubu Luçano Spalettinin baş məşqçi təyin olunduğunu rəsmən elan edib. SİA-nın məlumatına görə, Turin təmsilçisinin Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilir ki, 66 yaşlı italiyalı mütəxəssislə 2026-cı il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalanıb.

Xatırladaq ki, səkkiz oyundur qələbə qazana bilməyən Turin klubunun əvvəlki baş məşqçisi, xorvatiyalı İqor Tudor vəzifəsindən azad edilib. Spalettinin son iş yeri İtaliya millisinin baş məşqçi postu olub. O, 2022/2023 mövsümündə “Napoli”ni A Seriyasının çempionu etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə