Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatının püşkatma mərasimi keçirilib.
SİA xəbər verir ki, Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
Qitə yarışında ölkəmiz 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 37 ölkədən 308 cüdoçu (172 kişi, 136 qadın) iştirak edəcək.
U-23 Avropa çempionatının təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 11:30-da, final blokunu isə 19:30-da keçiriləcək.
Kişilər 60 kiloqram, 1/16 final
Murad Muradlı – Maksim Taran (Almaniya)
Hüseyn Allahyarov – Yozef Tomanek (Slovakiya)
66 kiloqram, 1/16 final
İslam Rəhimov – Roman Dekan (Slovakiya)
81 kiloqram, 1/16 final
Vüsal Qələndərzadə – Vasiliye Qruyiçiç (Serbiya)
81 kiloqram, 1/8 final
Ömər Rəcəbli – Ronald Plostnieks (Latviya) / Çiprian Qribinet (Moldova) cütünün qalibi ilə
90 kiloqram, 1/16 final
Aslan Kotsoyev – Rayan Askofar (Fransa)
90 kiloqram, 1/8 final
Vüqar Talıbov – Aidas Pileckas (Litva) / Markos Martines Koin (İspaniya) cütünün qalibi ilə
100 kiloqram, 1/8 final
Əjdər Bağırov – Fares Mexux (Fransa)
+100 kiloqram, 1/8 final
Kənan Nəsibov – Tomaş Raşka (Çexiya)
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB