"Sadəcə oyuna baxıb zövq almaq lazımdır" - EKSPERT DANIŞDI

UEFA Çempionlar Liqasının gərgin və həyəcan dolu mərhələlərindən birində təmsilçimiz noyabrın 5-də "Qarabağ" növbəti dəfə Avropanın güclü klublarından biri olan "Çelsi"yə qarşı meydana çıxacaq. Bu oyun həm komandanın mövsümdəki hədəfləri, həm də Azərbaycan futbolunun ümumi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı futbol eksperti Elçin Cəlilov SİA-ya açıqlamasında bildirib ki, oyundan gözləntim yalnız azarkeşlərin stadiona gəlməsi və oyunu izləyib zövq almasıdır: "Çünki Azərbaycan çempionatının hazırkı vəziyyətini nəzərə alsaq, klubumuz Çempionlar Liqasının əsas mərhələsində iştirak edir və "Çelsi" kimi nəhəng bir komandaya ev sahibliyi edir. Futbolun texniki detallarına nəzər salsaq, bəzən üzücü sözlər söyləmək lazım gələ bilər. Ona görə də bu mövzuda fikir bildirməyəcəyəm. Sadəcə oyuna baxıb zövq almaq lazımdır. "Qarabağ" bu mərhələyə qədər, demək olar ki, "boyundan yuxarı tullanıb". İki qələbə ilə bütün Avropada adından söz etdirib. Düşünürəm ki, bu temp davam etsə, 24-lüyə qalmaq şansı var".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə