“Qarabağ"ın braziliyalı ulduz futbolçusu parataekvondoçuların məşqində olub - FOTOLAR

“Qarabağ"ın futbolçusu Kadi Borges parataekvondoçuların məşqində olub. Milli Paralimpiya Komitəsindən (MPK) SİA-ya verilən məlumata görə, braziliyalı oyunçu parataekvondoçuların məşqinə gələrək, pərəstişkarı olan Amin Əliyevə sürpriz edib. Braziliyalı futbolçu hədiyyə olaraq ona öz formasını verib.

Bildirilib ki, səmimi anlarla yadda qalan görüş paralimpiyaçılar üçün gələcək yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə