Əfsanəvi finlandiyalı futbolçu Yari Litmanen 54 yaşında oyunçu karyerasını bərpa edib. SİA xəbər verir ki, bu barədə “Iltalehti” nəşri məlumat yayıb.
O, artıq Estoniyanın “Kalev” (Tallinn) klubunun ehtiyat komandası “Kalev Junior”un heyətində iki oyuna çıxıb. Litmanenin futbolçu karyerasına qayıtmasının səbəbi oğulları ilə birgə oynamaq arzusu olub: 19 yaşlı Karo və 18 yaşlı Bruno Litmanen də həmin komandanın heyətində meydana çıxıblar.
“Bu, unikal bir təcrübədir. Oğullarım ilə rəsmi oyunda oynamaq. Bu, yəqin ki, futbolçu kimi son arzum idi. Bunu mümkün edən hər kəsə təşəkkür edirəm”, – deyə Litmanen bildirib.
Yari Litmanen Finlandiya futbol tarixinin ən görkəmli oyunçusu sayılır. O, “Ayaks”, “Barselona” və “Liverpul”dakı çıxışları ilə tanınır. 1995-ci ildə “Ayaks”la Çempionlar Liqasının qalibi olub və həmin il “Qızıl top” səsverməsində ilk üçlükdə yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB