"Sabah” FIBA Çempionlar Liqasında növbəti oyununu keçirib

"Sabah” FIBA Çempionlar Liqasında növbəti oyununu keçirib

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxıb. SİA xəbər verir ki, Azərbaycan təmsilçisi Fransada “Elan Şalon”la qarşılaşıb.

Şalon-sur-Son şəhərində yerləşən “Le Kolizey” arenasında keçirilən matç rəqibin 84:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, “Sabah” ilk iki oyunda Çexiya təmsilçisi “Nimburk”a 65:93, Almaniyanın “Alba” kollektivinə isə 76:85 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə