Azərbaycan Monteneqrodakı Avropa çempionatında 47 şahmatçı ilə təmsil olunacaq

Azərbaycan Monteneqronun Budva şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında 47 şahmatçı ilə təmsil olunacaq. Bu barədə SİA-ya Şahmat Fedrasiyasının mətbuat xidmətindən məlumat verilib.

9 turdan ibarət yarışda 8,10,12,14, 16, 18 yaşlı qız və oğlanlar arasında mükafatçılar müəyyənləşəcək.

Qeyd edək ki, yarışda Avropanın 48 ölkəsindən 1169 şahmatçı mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə