UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri satışa çıxarılıb. Ağdam təmsilçisindən SİA-ya verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq, 10, 15, 25, 35, 40, 50 və 75 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200, 250, 300, 400 və 1000 manatdır.
Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən almaq olar. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, “Qarabağ”ın Park Bulvardakı Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına müraciət edə bilərlər.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB