Milli Paralimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının əməkdaşlığı çərçivəsində yeniyetmə və gənc paracüdoçuların olimpiyaçılarla birlikdə məşqlərinə start verilib. SİA xəbər verir ki, məşqdə Olimpiya çempionları Hidayət Heydərov (73 kiloqram) ilə Zelim Kotsoyev (100 kiloqram) də iştirak ediblər.
Məqsəd yeni paracüdoçu nəslinin formalaşdırılması, onların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi və idmançılarımızın peşəkar inkişafının dəstəklənməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB