Azərbaycanı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında 6 stolüstü tennisçi təmsil edəcək. SİA Azərbaycan Stolüstü Tennis federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə bacarıqlarını göstərəcəklər.
Hazırda "Şüa" İdman Kompleksində təlim-məşq toplanışını davam etdirən komanda noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcək.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB