Dörd dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi olan italiyalı tennisçi Yannik Sinner Parisdə (Fransa) keçiriləcək “Masters” turnirinin nəticələrinə görə bir həftəlik dünya reytinqinin birinci pilləsinə qayıda bilər. SİA xəbər verir ki, bunun baş verməsi üçün Sinner Paris “Masters”ını qazanmalı, hazırkı dünya reytinqinin lideri, altıqat “Böyük Dəbilqə” çempionu ispan Carlos Alcaraz isə yarımfinaldan əvvəl məğlub olmalıdır. Belə olduqda, Yannik Sinner yalnız bir həftəlik dünya birinciliyini geri ala biləcək. Reytinq ATP 2025 ilinin Final Çempionatının başlanğıcından əvvəl yenilənəcək. Bu turnir 9–16 noyabr tarixlərində keçiriləcək. Sinner keçən ilki qələbəsinə görə 1500 xal itirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB