Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Kişi voleybolçular arasında Yüksək Liqanın növbəti qarşılaşmalarının keçirilmə tarixi müəyyənləşib. SİA xəbər verir ki, oktyabrın 30-da ilk turdan təxirə salınmış “Gənclər” - “Xilasedici” qarşılaşması oynanılacaq. Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında təşkil olunacaq görüş saat 16:00-da start götürəcək.

Noyabrın 6-da isə Yüksək Liqanın III turunun oyunları keçiriləcək.

Yüksək Liqa (kişilər)

I tur (Təxirə düşən oyun)

30 oktyabr

16:00. “Gənclər” – “Xilasedici”

FHN-nin idman zalı

III tur

6 noyabr

16:00. “Murov Az Terminal” – “Ordu”

“Murov Az Terminal” VK-nın idman zalı

16:00. “Gənclər” - “Neftçi”

Abşeron Olimpiya İdman Kompleksi

17:00. “Xilasedici” - “AZERRAIL”

FHN-nin idman zalı.

Bütün xəbərlər Facebook səhifəmizdə