Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib. SİA xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 6 qarşılaşmadan 4-ü yekunlaşıb.
Nəticələrə əsasən, “Kəpəz”, “İmişli”, “Şəfa” və “Baku Sportinq” 1/8 finala vəsiqə qazanıb. “Karvan Yevlax” – “Şəki Siti” oyununda (1:1) isə hesab bərabər olduğundan əlavə vaxt oynanılır.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr
14:00. "Qaradağ Lökbatan" – "İmişli" – 2:3
Quba Olimpiya İdman Kompleksinin stadionu
14:00. "Göygöl" – "Baku Sportinq" – 0:2
Buzovna qəsəbə stadionu
14:00. "Cəbrayıl" – "Şəfa" – 0:3
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
14:00. "Kəpəz" – "Ağstafa Gəncləri" – 6:1
Qəbələ şəhər stadionu
Qeyd edək ki, günün son oyununda “Turan Tovuz” “Dinamo” ilə qarşılaşacaq. II təsnifat mərhələsinin oyunlarına oktyabrın 29-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB