""Qarabağ" "Çelsi"yə qarşı oyunda hər fürsətdən maksimum yararlanmalıdır" - BAŞ MƏŞQÇİ DANIŞDI
"Qarabağ" FK-nın "Atletik Bilbao" ilə səfər oyununda 3-1 hesabı ilə məğlub olması, baxmayaraq ki, erkən qol vuraraq oyuna çox yaxşı başlamışdı, komandanın bəzi taktiki problemlərini üzə çıxardı. İlk dəqiqələrdəki üstünlük və motivasiya çox ümidverici idi, lakin oyunun ikinci hissəsində müdafiədəki boşluqlar və top saxlama faizi aşağı düşdü. Bu da rəqibin təzyiqindən sonra nəticəyə təsir etdi". Bu sözləri SİA-ya açıqlmasında baş məşqçi Vaqif Cavadov deyib.
Onun sözlərinə görə, bu məğlubiyyət "Qarabağ" üçün mənfi yox, əksinə, analiz və düzəliş mərhələsi baxımından önəmlidir. Komanda artıq illərdir Avropa səhnəsində oynayır və bu cür oyunlardan dərs çıxarmağı bacarır. Qurban Qurbanovun komandası nizam-intizamı, sürətli keçidləri və hücumda çevikliyi ilə tanınır. "Çelsi" ilə qarşılaşma isə tam fərqli səviyyədə bir sınaq olacaq: ""Çelsi" İngiltərə Premyer Liqasının ən güclü taktiki struktura malik komandalarından biridir. Onlara qarşı oyunda "Qarabağ"ın əsas hədəfi erkən pressinqdən yayınmaq, müdafiə xəttini yaxın saxlamaq və sürətli əks-hücumlara çıxmaq olmalıdır.
Bakıdakı matçda azarkeş amili də önəmlidir - evdə oynamaq "Qarabağ"a həm psixoloji üstünlük, həm də əlavə enerji verəcək. Əsas məsələ oyunun ritmini qorumaq və hər bir fürsətdən maksimum yararlanmaqdır. "Qarabağ" artıq göstərib ki, istənilən səviyyədə rəqibə qarşı mübarizə apara bilir. Bu dəfə də məqsəd yalnız nəticə qazanmaq deyil, həm də Avropa arenasında komandanın yetkin futbol üslubunu nümayiş etdirmək olacaq. Beləliklə, "Qarabağ"ın "Çelsi"yə qarşı oyunu həm taktiki baxımdan çətin, həm də prinsipial qarşılaşma olacaq. Uğurlu nəticə üçün komanda kollektiv düşüncəyə, intizama və oyuna inama söykənməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB