Azərbaycan futzal millisinin İslamiada üçün heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb. Azərbaycan Futzal Federasiyasından SİA-ya verilən məlumata görə, baş məşqçi Yevgeni Kukseviç 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçıya dəvət göndərib.

Qapıçılar: Kamran Hacıyev (“Neftçi” İK), Cavad Məmmədov (“Baku Fire”)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi “Neftçi” İK), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı “Araz-Naxçıvan”), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı “Baku Fire”), Oqtay Mahmudzadə (U-19).

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də, 6-da və 8-də müvafiq olaraq, Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə