"Qarabağın "Atletik Bilbao" ilə oyunu gələcək matçlar üçün dərs oldu" -ŞƏRH EDİLDİ
"Keçən həftə UEFA Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın "Atletik Bilbao" ilə səfər oyununda 3-1 hesabı ilə məğlub olması maraqlı və eyni zamanda dərs verici nəticə oldu". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.
Onun sözlərinə görə, komanda oyuna çox yaxşı başladı və birinci dəqiqədə 1-0 hesabı ilə önə keçməyi bacardı. Bu, futbolçuların motivasiyası və hazırlığının göstəricisi idi. Lakin üstünlüyü qoruyamamaq rəqibin təzyiqi və bəzi müdafiə boşluqları ilə bağlı idi: "Bu məğlubiyyət "Qarabağ" üçün dəyərli təcrübədir. Komandanın gələcək oyunlarda taktiki mövqelərini gücləndirməsi və səhvləri azaltması vacibdir. Növbəti turda Bakıda İngiltərənin "Çelsi" klubuna qarşı qarşılaşma olduqca çətin olacaq. "Çelsi" güclü və taktiki baxımdan inkişaf etmiş komandadır, buna görə "Qarabağ"ın həm fiziki, həm də taktiki hazırlığını maksimal səviyyədə saxlamaq vacibdir. "Qarabağ"ın bu oyunlarda göstərəcəyi performans təkcə nəticədən asılı olmayacaq, həm də komandanın inkişafı və gənc oyunçuların təcrübə qazanması baxımından böyük əhəmiyyət kəsb edir. Azarkeşlər həm maraqlı oyun, həm də komandamızın səylərini görə biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB