Gürcüstanın Batumi şəhərində keçirilən “Grand Bellagio & GFC” beynəlxalq MMA turnirində Azərbaycan idmançıları uğurla çıxış ediblər. SİA xəbər verir ki, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, əslən azərbaycanlı idmançı Alim Nəbiyev turnirdə növbəti qələbəsini əldə edib. O, türkiyəli rəqibi Oğuzhan Atakı birinci raundda nokaut edərək MMA karyerasında ikinci qələbəsini qazanıb. A.Nəbiyevin növbəti döyüşü bu ilin sonuna planlaşdırılır. İdmançı UFC-də çıxış etməyi hədəfləyir.
Turnirdə digər azərbaycanlı döyüşçülər də fərqləniblər. Ağır çəki dərəcəsində mübarizə aparan Tahir Abdullayev iranlı Siavaş Dadrası məğlub edib. Yüngül çəki kateqoriyasında çıxış edən Elvin Kamilli isə gürcü rəqibi Giorgi Kabulaşvilini birinci raundda vaxtından əvvəl nokautla üstələyib.
Batumidə artıq üçüncü dəfə təşkil olunan “Grand Bellagio & GFC” beynəlxalq turnirində ümumilikdə 10 ölkədən 24 idmançı iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB