Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində təşkil olunan U-23 dünya çempionatında finala vəsiqə qazanıb.
SİA xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda türkiyəli Servet Angiyə 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələdə iştirak hüququ əldə edib.
Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə