Azərbaycanın yunan-Roma güləşçisi dünya çempionatının finalında

20 Oktyabr 2025 21:40 (UTC+04:00)

Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində təşkil olunan U-23 dünya çempionatında finala vəsiqə qazanıb.

SİA xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda türkiyəli Servet Angiyə 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələdə iştirak hüququ əldə edib.

Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.