Azərbaycan amputant yığması Millətlər Liqasında növbəti qələbəsini qazanıb

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını keçirib. SİA xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda Niderlandla üz-üzə gəlib.

"Bayıl Arena" stadionunda baş tutan görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib.

Yeganə qolu 50-ci dəqiqədə Sənan Hacıyev rəqib komandanın qapısından keçirib.

Qeyd edək ki, milli daha əvvəl Belçikanı 3:0 hesabı ilə məğlub edib, İsraillə qolsuz heç-heçəyə razılaşıb. Komanda növbəti matçını bu gün Ukrayna millisinə qarşı keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə