MLS müntəzəm çempionatının növbəti turu çərçivəsində "Neşvill" doğma meydanda "İnter Mayami"ni qəbul edib. SİA xəbər verir ki, "QEODİS Park" stadionundan keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:5. "İnter Mayami"nin heyətində Lionel Messi het-trik edib. O, görüşdə bir məhsuldar ötürmə ilə də yadda qalıb. Argentinalı bununla da çempionatın müntəzəm mövsümünün bombardiri olub.
Qeyd edək ki, bu, MLS-nin son turu olub. Onun nəticəsinə əsasən, "İnter Mayami" Şərq Konfransında 65 xal toplayaraq turnir cədvəlində üçüncü yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə